Müəllifi olduğum bu məqaləni
yazmaqda məqsədim 1988-1992-ci illərdə ölkəmizdə gedən ictimai-siyasi proseslərdən,
Qarabağ və ətraf regionda baş verən hadisələrdən, münaqışənin yaranma səbəblərindən,
eyni zamanda əsrarəngiz Qarabağın qəhrəman kəndi olan dogma Kosalardan ayrılığın
30-cu ililə əlaqədar, şücaəti və cəsarəti dastanlara dönmüş kənd sakinlərimizin
qan yaddaşına çevrilmiş, döyüş salnaməsindən oxuculara müəyyən məlumatlar verməkdir. Şimal və cənub qonşularımızın “qayğıkeş”liyi sayəsində etnik ermənilərin Qarabağa
gətirilməsi və bu yerlərdə kök salması, müsəlman və xristian əhali arasında dini
fenomendən istifadə etməklə hər an milli-münaqişə
yaratmaq və bu ədavətin güya qarşısının alınmasına xidmət göstərməklə cənubu Qafqazda hökmranlığını qoruyub saxlamaq, öz ölkə maraqlarına
xidmət göstərmək rus-fars siyasətinin başlıca baza prinsipləri olmuşdur və hələ
də davam etməkdədir. Beləliklə, yeraltı və yerüstü sərvətlərlə zəngin, səfalı təbiətə malik
Qarabağa tamah salan ermənilərin illərlə bu məqsədlə gizli hazırlaşaraq, Ermənistanda
və Sovetlər İttifaqında rəhbər vəzifələrdə təmsil olunan ermənilərın xaricdəki havadarları
ilə birgə SSRİ hakimiyyətinin zəifliyindən istifadə edərək 1988-ci ildə DQMV-nin
Azərbaycanın tərkibindən qoparılıb Ermənistana verilməsi tələbi o vaxtkı dövlət
rəhbərləri tərəfindən elə də sərt qarşılanmadı, çünki məqsəd-əməl bəlli idi, dağılmaqda
olan ölkənin, rus hakimiyyətinin Qafqazı itirməsi babalarının vəsiətinə uyğun deyildi. İlkin
olaraq Bakı mitinqlərinin birində xəbər verildiyi kimi Qarbaçovun İqtisadi məsələlər
üzrə müşaviri, akademik Aqambekyanın hələ 1987-ci ildə Fransada “Human” qəzetinə
verdiyi müsahibədə DQMV-nin Azərbaycandan qoparılıb Ermənistana verilməsini ilk dəfə çəkinmədən, açıq-aşkar
dilə gətirməsi və fransız jurnalistin buna Qarbaçovun qəzəbi tutar kəlməsinə Aqambekyanın
onu mən razı salaram cavabı ərkəsöyünlüyün hansı həddə olmasından, Qarbaçovun
sağ əli,MK üzvü Şahnazarovun təsirilə Qarabağdan olan nümayəndə heyətini-Balayanı,
balabançıları tez-tez qəbul etməsi ermənilərin Rusiyaya arxalanaraq əlavə
torpaqlar qazanmaq sevdası nikbinliklə qarşılanırdı, bu Rusiyanın da işinə
yarıyırdı. SSRİ rəhbərliyindən Qarabağın Ermənistana razılıqla verilməsinə nail
ola bilməyən erməni ideoloqları, ermənilərlə azərbaycanlı əhalinin birgə
yaşamının güya artıq mümkün olmadığının sübutu kimi əvvəlcə deportasiya siyasəti
həyata keçirdilər, Ermənistandan azərbaycanlıları qovmağa başladılar, azərbaycanlıları
ğunahkar göstərməklə, davakar, vəhşi, qaniçən obrazını yaratmaqla, dünya ictimaiyyətini
tez-tez çaşdıraraq, öz çirkin məqsədlərinə çatmaq üçün 26-28 fevral 1988-ci ildə
rus planına uyğun olaraq Sumqayıt hadisələrini törətdilər və əfsuslar olsun ki,
o vaxtkı respublika rəhbərliyi qabaqlayıcı tədbirlər görə bilmədi, gözləmə
mövqeyində dayandılar. Daşnakların fırıldaqcasına nail olduğu Sumqayıt hadisələri
erməni cəmiyyətində Zori Balayanın zorla milli təfəkkürün milli ədavətə keçid
strategiyası olan “Ocaq” əsərindən daha kəskin şəkildə alovlandı və ətrafa
yayıldı, Sumqayıt kartından hər cürə eninə-geninə istifadə olundu, Ermənistandan
başlanmış köç prosesini sürətləndirildi, dünya ölkələri azərbaycanlılara qarşı
çevirdi, bir sözlə ermənilərin əl-qolu açıldı, birliyi yarandı, əvvəllər qorxaraq
zorla mitinqə çıxarılan ermənilər geniş miqyasda mitinqlərə axışdılar, daha da radikal
addımlar ataraq Xankəndi şəhərindəki sakinlərimizə məxsus evləri yandırıb özlərini
də şəhərdən qovdular, ətraf yaşayış məntəqələrinə təxribatçı hücumlar təşkil
etdilər və kəndlərin işğalına nail oldular. Erməni quldur dəstələri Rusiyanın
366-cı alayı vasitəsilə Sumqayıt hadisələrindən düz 4 il sonra, 26 fevral 1992-ci
ildə əsrin görünməmiş faciəsi- Xocalı qətliamını törətməsi, Sumqayıtın qisasının
alınması deyildi, fürsətdən istifadə edib qisas adı altında azərbaycanlılarda qorxu,
xof, vahimə yaratmaq,digər ediləcək hücumlar zamanı yaşayış məntəqələrimizin özü-özlüyündə
qismən tez ve rahat boşalmasına nail olmaqdan ibarət idi. Hətta neytral
mövqe sərgiləyən araraşdırmaçı, ingilis yazar-Tomas de Vaalın “Qarabağ, Ermənistan
və Azərbaycan sülh və savaş yolunda” kitabında Xocalı qətliamının Sumqayıtdan qovulmuş,azğınlaşmış
ermənilərin iştirakı ilə törədilmişdir ifadəsi qisasin əvəzçıxma simvolu kimi anılır, ancaq
bu heç də belə olmamışdır...Hələ Xocalı faciəsindən öncə Qaradağlı hadisələrilə
əlaqədar 1991-ci il 20 noyabrda Qarakənd üzərində Azərbaycan nümayəndə heyyətinin
olduğu helikopterin vurularaq ən layiqli, ən bacarıqlı dövlət xadimlərinin qəddarcasına
öldürülməsi, terrorçuların tapılıb cəzalandırılmaması, dövlət
səviyyəsində hadisələrə qiymət verilməməsi özbaşınalığın pik həddə gəlib çatmasına
səbəb oldu.Təəccüblüsü odur ki, bütün bunlar Qarabağda o dönəmdə fəaliyyət göstərən
Rusiyanın Xüsusi İdarəetmə komitəsi-Volskiçilərin, ardınca onu əvəzləyən Təşkilat
komitəsi-Palyaniçqoçuların gözü qabağında onların böyük “xidmətlər”i hesabına
baş verirdi. Nəhayət, azğınlaşan düşmən ətrafı
sıldırım qayalıqlarla əhatə olunmuş, 1300-1500 metr yüksəklikdə yerləşən Şuşa kimi
bir qala şəhərin işğalı barədə düşünərək, bunun yolunu Şuşanın solunda Kirs
dağı istiqamətindən hücuma keçməklə və ya sağında Kosalar kəndini işğal edib dağ
yüksəkliklərilə irəliləyərək hər iki variantda arxadan Laçın şəhəri ilə olan yeganə
əlaqə yolunu bağlayıb, köməyə gələn qüvvələrin qarşısını alıb şəhəri mühasirədə
saxlamaqla işğalına nail olmaq niyyətində idilər. Coğrafi mövqeyinə görə hətta Bala
Kirs dağı da çox sərt relyefə malik olduğundan və nəzərə alsaq qışın
qarlı-tarlı vaxtı ağır texnikanın və qoşun hissələrinin buraya qaldırılması xeyli
çətinlik yaratdığından ermənilər hücum əməliyyatlarını əsasən Kosalar istiqamətindən
saldılar. Kosalar kəndi bir nümayəndəlikdə 6 kəndlə təmsil olunmaqla inzibati ərazisi
Xankəndi şəhərinin qərbindən üzü şimal-qərbə doğru Qarabağ sıra dağları boyunca
Qırxqız dağlarına kimi, 45-50 km-lik uzununa bir zolaqda, Laçın rayonu ilə Qarabağ
ermənilərinin yaşadığı ərazi arasında izolyasiya
rolunu oynayırdı. Kosalar və onunla qonşuluqda yerləşən Cəmilli, Meşəli kəndlərinin
rayon mərkəzi Əsgəranla əlaqəsinin kəsildiyindən, həmin 3 sovetliyin maddi-texniki
təminatının mərkəzləşmiş idarə olunması, yığılıb qalmış problemlərin aradan
qaldırılması üçün 12 aprel 1991-ci ildə Nazirlər Kabinetinin 46 saylı qərarına əsasən
Kosalar Ərazi İcraiyyə Komitəsi yaradıldı və sədri kənd sakinimiz, Təşkilat komitesinin
keçmiş üzvü Ağayev Vaqif İsa oğlu təyin edildi. Belə idarəetmə üsülu Qarabağın digər
əraziləri üzrə də yaradılmışdır. Kosalar ƏİK qanlı Qarabağ münaqişəsinin ağır və
gərgin bir dövründə fəaliyyətə başlamasına
baxmayaraq müəyyən müddət ərzində sosial-iqtisadi problemlərin aradan
qaldırılmasına nail oldu, sonrakı fəaliyyətində bütün güc və imkanlarını kəndlərimizin
müdafiəsinin gücləndirilməsinə, yerli batalionunun yaradılması və kazarma şəraitində
fəaliyyət göstərməsinə, bu məqsədlə döyüşçülərin ərzaq, geyim, yataq və
silah-sursatla təminatına sərf etdi.
Yeri gəlmişkən, əhalinin
işlə təminatında, yeni iş yerlərinin-sexlərin fəaliyət göstərməsində, mudafiəmizin
düzgün təşkilində kənd sovet sədri Kərəm Əsgərovun, döyüşçülərdən məsuliyyət və
mübarizə əzminin tələb olunmasında, hər əzaba qatlaşan Əzizbəyov rayon PŞ-nin rəis
müavini mayor Natiq Məşədiyevin, silah-sursatla təminatda Şirvan şəhər prokroru
Eldar Sultanovun, DİN-nin müavini Talıbovun, ilk artileriya top qurğusunun
Kosalara gətirilməsində Şuşa İH-nin başçısı Mikayıl Gözəlovun adını xüsusi
olaraq qeyd edərdim. Şuşa-Laçın yolunun üzərindəki 4 erməni kəndinin təxribatçılardan
azad edilməsi əməliyyatına rəhbərlik etmiş Şuşa və ətraf kəndlərin müdafiəsində
qorxmadan hər əzaba qatlaşan, özündə mürəkkəb bir borc, tarixi vəzifə duyan Mikayıl
Gözəlovun öz kabinetində xüsusi amansızlıqla güllələnərək qətlə yetirilməsi artıq
Qarabağın itirilməsi demək idi. Belə hadisələrdən ruhlanan düşmən 5-6 gün ara
verməklə 16 dekabrda Cəmilli, 22 dekabrda Meşəli kəndlərini, 15 yanvar 1992-ci
ildə Kərkicahan qəsəbəsinin işğalına nail oldular. Cəmilli və Meşəli kənd
sakinləri düşməndən müdafiə olunsalar da Kosalar batalionunun döyüşçüləri də onların
köməyinə tez-tez çatırdılar, sonuncu ağır döyüş də daxil olmaqla hər iki kəndin
geri alınmasında, əhalinin az itki verərək mühasirədən çıxarılmasında Kosalar və
Kosaların Qaragav kənd döyüşçülərinin böyük fədəkarlığı olmuşdur, həmin kəndlər
2-3 həftə döyüşçülərimizin nəzarətində qalsa da talehimizlə maraqlanan olmadığından
bu kəndləri də ardıcıl olaraq itirdik. Abşeron rayon İH-nin başçısı İsrafil İsrafilovun, bacarıqlı mühəndis
İstək Misirovun Meşəli kəndinin tikintisi və müdafiəsində əməyi böyük olmuşdur.
Ətraf kəndlər artıq işgal olunduğundan Kosalar istiqamətində hücumlar əməliyyatları daha da intensivləşdi, 7-8
yanvar 1992-ci ildə Kosalarla Şuşa arasında Çobandaşaşıran yüksəkliyinə Xankəndindən
hücuma keçən düşmən xeyli itki verərək geri çəkildi, kənd sakinimiz Məmmədov Sərvər
Yelmar oğlunu, Yevlaxdan köməyə gəlmiş polis əməkdaşı-Poladı həmin döyüşdə
itirdik, 1989-cu ilin fevralında Quliyev Şahbazın qatlə yetirilməsi nəinki Kosaların,
Qarabağın ilkin itkilərindən idi. Sakit və firavan yaşamı atıb dar gündə kəndimizə
üz tutan Əşrəf Fəzlinin və Zeynal Əliyevin öz döyüş yoldaşları ilə birgə bu və əvvəlki
ölüm-dirim mübarizələrində bizimlə bir cəbhədə vurulmaları müqəddəs Vətənə olan
dərin məhəbbət və istəkdən irəli gəlirdi.
Daşaltı əməliyyatından
şadlanan düşmən 2 gün sonra-28 yanvarda böyük qüvvə və 3 zirehli texnika ilə qar
yağdığından ağ maska xalat geyimdə Kosalara Canhəsən istiqamətindən hücuma keçməsi,
30 nəfərdən artıq canlı qüvvə itirərək geri çəkilməsi Xankəndində matəmlə qarşılandı,
bu döyüşdə bir nəfər belə əsgər və zabitimizin yaralanmaması döyüşçülərimizin necə
yüksək bacarıq və nizam-intizama malik olmasından xəbər verirdi. Bu məğlubiyyətdən
qəzəblənmiş düşmən həmin günün qisasını elə axşam Ağdamdan Şuşaya uçan helikopteri vurmaqla çıxdılar, 40 nəfərdən
çox vətəndaşımız həlak oldu, bununla da Şuşa və ətraf kəndlərinin hava əlaqəsi tamamən
kəsildi. Xankəndindən Çobandaşaşıran yüksəkliyi istiqamətində gecələr yol açıb texnika
qaldırmalarını, həmin meşəlik ərazidə erməni hərbi birləşmələrinin böyük qüvvə və
bazasının yerləşdiyini müşahidə edən kəşfiyyat qrupumuzun planına uyğun olaraq martın
29-da səhər tezdən, gecikmədən həmin əraziyə 3 tərəfdən hücuma keçən igidlərimiz
düşmənin 50-dən çox canlı qüvvəsini məhv etdi, silah-sürsatlarını ələ keçirdi, hərbi
çadırdan qurulmuş 8 düşərgəsinin hamısını od vurub yandırdı. Bu döyüş Kosalar batalionun
ilk hücum əməliyyatı idi və uğurla başa çatdı, Ermənistanda 3 günlük matəmə səbəb
oldu. Kəndimizin igid, qəhrəman oğlu-Tabil Həsənovu, Rasim Ağayevi və digər bölgələrdən
köməyimizə gəlmiş Şəmkir İbrahimlini, Xəqanini və adlarını bilmədiyim 5 nəfər
igidimizi itirdik. Fərman 30 nəfərlik dəstəsilə birgə Şuşadan gəlib köməyimizə çatsa
da Miraqaz adlanan bu ərazi Xankəndinin 3 km-də yerləşdiyindən buraları qoruyub
saxlamaq güc imkanlarımızın xaricində olduğundan geri çəkilməyə məcbur olduq. Bir
ay sonra aprelin 29-da yenə Çobandaşaşıran istiqamətində ağır döyüşdə düşməni məhv
edib geri oturtsaq da öz dəstəsilə köməyimizə çatmış AXC-nin Şuşa şöbəsinin sədri
Ramiz Qəmbərovun bu döyüşdə igidcəsinə həlakı hamımızı sarsıtdı. Kosalara hücum
əməliyyatından imtina etdiyinə görə ermənilərin ümumilikdə 100 nəfərə yaxın döyüşçü
özləri tərəfindən öldürülmüşdür. Oxşarlıq təşkil etdiyindən digər döyüşlərin təhlilini
aparmadan 7 may gecədən düşmən gözlənilməz arxa mövqedən irəliləyərək Kosalar kəndlərinin
aralıq, strateji əhəmiyyət daşıyan yüksəkliklərini tutaraq bir neçə tərəfdən
güclü hücuma keçmələrinə baxmayaraq, döyüşçülərimizin özlərini itirmədən ölüm-dirim
savaşına qalxaraq düşmənin 300 nəfərə yaxın canlı qüvvəsini məhv etməsi,ağır
döyüşdən qalib çıxması Kosaların əsil qəhrəmanlıq səlnaməsi olmuşdur, baxmayaraq
Mahir Abdullayevi, Eldar Rüstəmovu, İldırım Rzayevi, Şükür Quliyevi digər bölgələrdən
gəlmiş 8 nəfər igidimizi itirdik. Həmin gecə Şuşa şəhərinə də hücum əməliyyatı baslanmışdır,
top mərmilərinin səsi Kosalara gəlib çatırdı, Şuşada da qızğın döyüşlər gedirdi.
Belə bir vaxtda briqada komandri Elbrus Orucovun Şuşanı atib mayın 8-də səhər saat
5 radələrində Kosalara gəlməsi vaxt itirməklə guya öndə döyüşürük anlamı yaratmaq, sonda neyləyək döyüşdük şəhəri
qoruya bilmədik kimi qurama bir oyunla özünü duruya çıxarmaq və gələcəkdə ona
qarşı yönələcək ittihamlardan yüngül ötüşmək niyyəti məqsədli düşünülmüşdür. Şuşa
şəhərinin işğal olunduğu barədə gələn xəbərlərə biz inana bilmirdik, mayın 9-da
kənd ərazilərini erməni meyitlərindən təmizləyərkən Şuşa yolu ilə gəlib aşrıma
çıxıb kəndi atəşə tutan ağır texnikaları gördükdə tam əmin olduq ki, artıq Şuşa
əldən getmişdır. Əvvəlki döyüşlərdə olduğu kimi yenə tankçılarımız qəhrəmanlıq
göstərdi, düzgün taktiki gediş edərək-geriyə çəkilərək tankı qorumaqla düşmənin
üzərimizə gələn ağır texnikalarını vurub sıradan çıxartdı, digərlərini susdurdu,
atəş mövqeyinə çıxmasına imkan vermədi və beləliklə, vaxt qazanıldı, əhali itki
vermədən təhlükəsiz yerə çıxarıldı, sonda
düşmən qənimət əldə etməsin deyə bütün texnikalarımız kimi tank da yandırılaraq
məhv edildi və yol bağlı olduğundan kəndi piyada şəkildə tərk etməli olduq. Necə
deyərlər bir damla saf su bulanıq çaya düşərək bulandı, yalnız yaddaşlarda igidlərimizin
əzaməti, mərdliyi əbədi olaraq qaldı, bir də ki, əlimizin dadına-duzuna ermənilər
yaxşı bələd oldu. Şuşa itiriləndən sonra Kosalar uğrunda döyüzmək artıq mənasız idi. Şuşa kimi dağın
başında qorunması mümkün olan strateji mərkəzi bir qala şəhəri başsız qoyub ordu komandiri E.Orucovun 10-12 nəfərlik qüvvə ilə
kömək məqsədilə Kosalara gəlməsi bir sərkərdə üçün düzgün atılmış addım
deyildir, Kosalara köməyi tabeliyində olan hər hansı zabitin vasitəsilə də edə bilərdi.
Maraqlı odur ki, E.Orucovu Kosalara kim çağırıb,Kosalardan onun sağ-salamat
çıxmasına kim öhdəlik verib,bu və digər suallar hələ də qaranlıq qalmaqdadır. Şuşa qalası sovetlərdən əvvəl
ermənilər tərəfindən 3 dəfə ayrı-ayrı vaxtlarda yandırılsa da tarix boyu ermənilərə
boyun əyməmişdir. Şuşanın işğalı İranda Azərbaycan, Ermənistan ölkə rəhbərlərinin
münaqişənin həlli ilə ələqədar 3 tərəfli görüşü zamanı baş vermişdir. Şuşanın işğalı
sonralar anşlaqdan kənar 7 rayonumuzun əldən getməsinə səbəb oldu. Hadisələdən əvvəl
ermənilər Qarabağda və digər ərazilərimizdə kefi kök yaşayırdılar, yüksək vəzifələr
tuturdular, bir sözlə əla dolanırdılar, indi isə Qarabağda acından ölürlər,
itirdiklərin itiriblər, üzləri yoxdur ki, bizlərlə birgə yaşasın, onların ağlı olsa
bu hadisələri törədənləri, Aqanbekyanların,Balayanların kitablarını yandırar, onlara
qoyulmuş keykəlləri uçurar, sağ olanlarını isə dar ağacından asardılar, bir sözlə
torpaq qazanmaq sevdası ilə arxalandıqları ölkələrin maraqlarına xidmət göstərməkdən
əl çəkməlidirlər, ağalarının ətəyindən buraxılıb sivil dünyada qonşuluq
prinsipləri qorunmaqla müstəqil yaşamaq yolunu seçməlidirlər, heç kimə böyüməti
olmamalı, alnı açıq, üzü ağ yaşamalıdırlar, bu ermənilərin özlərinə daha
faydalı olardı.
30 il keçməsinə
baxmayaraq, axır ki, arzularımız çin oldu, Var olsun Ali baş komandan, onun qətiyyəti,
Rəşadətli Azərbaycan ordusunun şanlı qələbəsi sayəsində Qarabağın tacı, başda Şuşa
şəhəri olmaqla rayonlarımız işğaldan azad olundu və əminik ki, ölkə başçısının apardığı
müdrik siyasət nəticəsində Qarabağin işğalda olan əraziləri də düşmən
tapdağından təmizlənəcəkdir, Kosalar kəndi də öz azadlığına qovuşacaqdır. Birinci
Qarabağ müharibəsində düşmənlə layiqli mübarizə aparan,sonadək məğlub olmayan
Kosalar kənd döyüşçülərinin göstərdikləri igidliklə görə azad olunandan sonra kəndimizə
Cənab Prezidentimiz tərəfindən Qəhrəman kənd adının verilməsi sakinlərimizin ən
böyük arzu-istəyi olardı.
Nəcəfov Mənsur Misir oğlu,
Kosalar kənd sakini
09.05.2022